Amerikalı repçi səhnədə yıxıldı, ayağından ağır zədə aldı - VİDEO

Amerikalı repçi səhnədə yıxıldı, ayağından ağır zədə aldı - VİDEO

Hazırda oxunan: Amerikalı repçi səhnədə yıxıldı, ayağından ağır zədə aldı - VİDEO

94554

“Post Malone” ləqəbi ilə məşhurlaşan repçi Ostin Riçard Post Sent-Luisdə konserti zamanı səhnədə yıxılaraq, ağır travma alıb. 

Bizim.Media xəbər verir ki, səhnədə gəzərək mahnılarından birini ifa edən sənətçinin qəflətən ayağı döşəmədəki dəliyə düşüb.  

İfaçı yıxılıb və özbaşına ayağa qalxa bilməyib. Ayağından bərk zədələdiyi üçün sənətçi həkimləri köməyə çağırıb. Bir müddət sonra ona işçilər kömək edərək səhnə arxasına aparıblar. 15 dəqiqə sonra “Post Malone” çıxışına davam edib. Bunu görən pərəştişkarlar təəccüblərini uca səslə nümayiş ediblər.  
Reperin özü isə daha sonra sosial şəbəkələrdə səhhəti ilə bağlı pərəstişkarlarına məlumat verib. 

“Biz xəstəxanadan yeni qayıtdıq. Hər şey yaxşıdır. Mənə ağrıkəsici verdilər ki, turumuzu davam etdirək”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO