Devid Bekhem kraliça ilə vidalaşmaq üçün 12 saat növbə gözlədi – VİDEO  

Devid Bekhem kraliça ilə vidalaşmaq üçün 12 saat növbə gözlədi – VİDEO  

Hazırda oxunan: Devid Bekhem kraliça ilə vidalaşmaq üçün 12 saat növbə gözlədi – VİDEO  

94279

Keçmiş futbol ulduzu Devid Bekhem Britaniya kraliçası II Elizabet ilə vidalaşmaq üçün 12 saatdan artıq növbədə gözləyib. 

Bizim.Media “Guardian”a istinadən xəbər verir ki, kraliçanı ziyarət etməyə gələn ulduz futbolçu gecə saatlarında növbədə öz yerini alıb və sadə vətəndaşlarla birlikdə gözləməyə başlayıb. 

Növbəsi çatdıqda isə Bekhem kraliçanın tabutu yanında dayanaraq onunla vidalaşıb. 

Daha sonra jurnalistlərə açıqlama verən Bekhemin sözlərinə görə, o, krallıq tərəfdarı olan ailədə böyüyüb və ona Britaniya imperiyasının ordeninin verilməsi həyatında ən xüsusi an olub.

Xatırladaq ki, kraliça II Elizabetin cənazəsi sentyabrın 14-dən etibarən Londonda Vestminster sarayındadır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO