Şəmkirdə külli miqdarda oğurluqda şübhəli bilinən Gəncə sakini saxlanılıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticədə Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş E.Məmmədov saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, E.Məmmədov Şəmkir rayon ərazisindəki mağazaların birinə daxil olub və 30.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu