"Azəriqaz" rəhbəri Xaçmaz və Şabrandakı işlərlə tanış oldu - VİDEO

Hazırda oxunan: "Azəriqaz" rəhbəri Xaçmaz və Şabrandakı işlərlə tanış oldu - VİDEO

94261

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev qazlaşdırılma işləri ilə yaxından maraqlanmaq məqsədi ilə Xaçmaz rayonuna səfər edib.

Bizim.Media xəbər verir ki, baş direktor rayonun Maqsudkənd kəndində görülən işlərlə tanış olub.

Ona məlumat verilib ki, küçə qaz xətlərinin çəkilməsi üçün layihə üzrə 20 km uzunluğunda polad və polietilen borularla xəttin çəkilməsi nəzərdə tutulub ki, artıq işlər tamamlanmaq üzrədir. 

Ruslan Əliyev Şabran rayonunun Ərəblər kəndinin küçə qaz xətlərinin çəkilməsi işləri ilə də tanış olub. 

Qazlaşdırılma işləri üçün uzunluğu 5545 m olan polad və polietilen borulardan istifadə olunduğu və artıq son olaraq boya işlərinin görüldüyü diqqətə çatdırılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO