Ermənistanın təxribatları ilə bağlı ABŞ rəsmilərinə müraciət olundu

Ermənistanın təxribatları ilə bağlı ABŞ rəsmilərinə müraciət olundu

Hazırda oxunan: Ermənistanın təxribatları ilə bağlı ABŞ rəsmilərinə müraciət olundu

93738

Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdiyi təxribatla əlaqədar ABŞ rəsmilərinə müraciət olunub.

Bizim.Media xəbər verir ki,  bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Məlumata görə, Azərbaycan diaspor təşkilatlarının hadisə ilə bağlı yaydığı birgə bəyanat Şimali Karolinada fəaliyyət göstərən Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbal tərəfindən Ağ Evə, dövlət katibi Antoni Blinkenə, dövlət katibinin müavininin köməkçisi Erika Olsona, senatorlar Riçard Börə və Tom Tillisə göndərilib.

Bildirilib ki, Azərbaycan icmasının üzvləri iki ölkə arasında aparılan sülh danışıqlarına rəsmi İrəvan tərəfindən növbəti zərbə vurulmasından dərin narahatlıq hissi keçirdiklərini bildiriblər və beynəlxalq birlikdən Ermənistanın təcavüzkar siyasətinin qarşısının alınması üçün işğalçı dövlətə qarşı təzyiqlərin gücləndirilməsini xahiş ediblər.
Qeyd edək ki, sentyabrın 13-ü gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində sərhəddə toqquşmalar baş verib.

Müdafiə Nazirliyinin açıqladığı məlumata görə, hərbi toqquşmalarda Azərbaycan Ordusu 50 şəhid verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO