Gəncədə küçələrin işıqlandırılmasına 15 milyon avro AYRILDI

Gəncədə küçələrin işıqlandırılmasına 15 milyon avro AYRILDI

Hazırda oxunan: Gəncədə küçələrin işıqlandırılmasına 15 milyon avro AYRILDI

93493

Gəncədə küçə işıqları Avropa İttifaqının EN 13201 standartı əsasında quraşdırılacaq. Bu “Gəncə - Yaşıl Şəhər Proqramı” çərçivəsində həyata keçiriləcək küçələrin işıqlandırılması ilə bağlı layihəyə əsasında mümkün olacaq. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu məqsədlə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) rəhbərliyi və Azərbaycan hökuməti tərəfindən saziş imzalanıb.

Sənədləri AYİB prezidenti xanım Odil Reno-Basso və Azərbaycan tərəfdən müvafiq olaraq, iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifov və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov imzalayıblar.  

“Gəncə - Yaşıl Şəhər Proqramı” çərçivəsində həyata keçiriləcək küçələrin işıqlandırılması ilə bağlı layihəyə çərçivəsində küçələrin Gəncə şəhərinin 274 küçəsində 17,000 ədəd yüksək texniki göstəricilərə və davamlılığa malik LED lampaların quraşdırılması nəzərdə tutulur. 

Həmçinin, layihə çərçivəsində əsaslı infrastruktur işlərinin görülməsi, işıq dirəklərinin, çıraqların, 50 km-dən artıq kabel xəttinin və 371 elektrik kabinetlərinin quraşdırılması planlaşdırılır. 
Layihə nəticəsində Gəncə şəhərində küçə işıqları üçün uzaqdan avtomatlaşdırılmış idarəetmə sistemləri qurulacaq. Belə ki, müasir avadanlıqların köməyi ilə günün saatı və küçələrdə hərəkətlilikdən asılı olaraq optimal işıqlandırma intensivliyi və qənaət rejimi tətbiq olunacaq.

Görüləcək işlər nəticəsində elektrik enerjisinin sərfiyyatında 76% qədər qənaət əldə edilməsi planlaşdırılır. Bundan əlavə, küçə işıqlarının idarəedilməsi və texniki sazlığının saxlanmasına tələb olunan xərclərin 14 faiz azalması gözlənilir.

Müasir və dayanıqlı küçə işıqlarının Gəncə əhalisinin sosial və maddi rifahına təsiri bir il ərzində 1.2 milyon avro dəyərində dən hesablanılır. 

Layihənin investisiya dəyəri 15 milyon avro məbləğindədir. Bunun 12.5 milyon avro AYİB- kredit və 2.5 milyon avro E5P Fondundan qrant şəkilində maliyyələşəcək. 

Məqsəd Rəhimov Bizim. Media Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO