Məhşur futbolçu şəhid atasının Ağdamdakı məzarını axtarır – ÖZƏL 

Məhşur futbolçu şəhid atasının Ağdamdakı məzarını axtarır – ÖZƏL 

Hazırda oxunan: Məhşur futbolçu şəhid atasının Ağdamdakı məzarını axtarır – ÖZƏL 

93411

Məhşur futbolçu şəhid olmuş atasının Ağdam rayonundakı məzarını axtarır. 

Bu barədə azərbaycanlı məhşur futbolçu Vüqar Nadirov Bizim.Media-nın Qarabağ bürosuna özəl açıqlamasında bildirib. 

1987-ci ildə Ağdam şəhərində doğulan idmançı müharibə illərindən heç nə xatırlamadığını bildirir. 

Onun xatirələrində yalnız atası Ərşad Nadirovun hərbi geyimdə evə gəlmələri qalıb: 

“Çox şeyi xatırlamıram. Tək bizim yox, bütün xalqımızın ağır və keşməkeşli həyat yolu olub. Həmin illər biz də çox əziyyət çəkmişik... Atamın şəhid olmasını çətinliklə də olsa, xatırlaya bilirəm.
Onu Uzundərədəki yeni şəhidlər xiyabanında dəfn ediblər. İndi həmin əraziyə gedib-gəlmiş bəzi döyüş yoldaşlarından maraqlanıram, onlar deyir ki, ermənilər məzarlığı elə düzləyiblər ki, qəbirləri tanımaq mümkün deyil. 

Bəzi şəxslər atamın məzarı yerləşən ərazinin hələ təhlükəli hesab edildiyini deyirlər. Ən böyük arzum məzarı tapıb bərpa etməkdir. Buna görə aidiyyəti qurumlara yazılı müraciət edəcəyəm. Ümid edirəm ki, məzarın tapılmasında mənə köməklik göstəriləcək”.

Xatırladaq ki, Vüqar Nadirovun atası Ərşad Nadirov Ağdamda “General” ləqəbi ilə tanınıb.

Döyüşlərdə aktiv iştirak edən Ərşad Nadirov 1993-cü ildə əksəriyyətini ağdamlılar təşkil edən “Kötəl” batalyonunu yaradıb. Elə həmin ildə batalyonun Seyidli kəndində yerləşən qərargahı artilleriya atəşinə tutulub. 

Nəticədə şəxsi heyətin bir hissəsi yaralanıb və ya şəhid olub. Həmin gün komandir Ərşad Nadirov da şəhid olub. Onun cənazəsi Ağdam rayonunda yerləşən Uzundərə ərazisində, yeni salınmış şəhidlər xiyabanında dəfn edilib.
Sonradan həmin ərazi Ermənistan ordusunun işğalına məruz qalıb. 44 günlük Vətən müharibəsində Uzundərə işğaldan azad edilib. 

Futbolçu bildirir ki, məzarın yerini dəqiq tanıyan adamları tapdıqdan sonra ora səfər etmək üçün müvafiq qurumlara müraciət edəcək. 

Qeyd edək ki, məhşur futbolçunun oğul övladı şəhid babasının adını daşıyır. 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO