Dövlət qulluğu ilə bağlı imtahan nəticələri AÇIQLANIB

Dövlət qulluğu ilə bağlı imtahan nəticələri AÇIQLANIB

Hazırda oxunan: Dövlət qulluğu ilə bağlı imtahan nəticələri AÇIQLANIB

93373

Dövlət İmtahan Mərkəzi ötən gün, sentaybrın 11-də kağız daşıyıcılar vasitəsilə BB vəzifə altqrupu üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirdiyi imtahanın nəticəsi açıqlanıb.

Mərkəzdən Bizim.Media-ya verilən məlumata görə, namizədlər aşağıdakı keçid vasitəsilə imtahan nəticələri ilə tanış ola bilərlər:

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi (BB vəzifə altqrupu)

Bildirilib ki, namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanında 209 namizəd iştirak edib.

İmtahan nəticələrinə əsasən, BB1 altqrupu üzrə 31 nəfər, BB2 altqrupu üzrə 61 nəfər, BB3 altqrupu üzrə 46 nəfər, BB4 altqrupu üzrə 36 nəfər olmaqla, ümumilikdə 174 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.
Həmçinin bildirirlib ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası 13-15 sentyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO