“Zəngəzura xoş gəlmisiniz” – Zəngilan aeroportundan yeni görüntülər - VİDEO

“Zəngəzura xoş gəlmisiniz” – Zəngilan aeroportundan yeni görüntülər - VİDEO

Hazırda oxunan: “Zəngəzura xoş gəlmisiniz” – Zəngilan aeroportundan yeni görüntülər - VİDEO

93201

Tikintisi sona çatdırılan Zəngilan beynəlxalq hava limanından yeri görüntülər yayılıb.

Bizim.Media xəbər verir ki, video AZAL şirkəti tərəfindən hazırlanıb.

Görüntülərdə diqqəti cəlb edən əsas məqam aeroportun girişində “Zəngəzura xoş gəlmisiniz” yazısıdır.

Qeyd edək ki, hava limanının açılışı bu yaxınlarda reallaşdırılacaq. Bir neçə ay öncə verilən informasiyaya görə, tədbirdə Azərbaycan lideri İlham Əliyevlə yanaşı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.

Qeyd edək ki, Ərdoğan Füzuli aeroportunun açılış mərasiminə də qatılmışdı.

Yeri gəlmişkən, işğaldan azad edilən ərazilərdə, daha doğrusu Laçın rayonunun Qorçu kəndi ərazisində 3-cü aeroport inşa edilir. Onun tikintisi 2024-cü ildə sona çatacaq.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO