Muxtar Babayev federasiya prezidenti seçildi

Muxtar Babayev federasiya prezidenti seçildi

Hazırda oxunan: Muxtar Babayev federasiya prezidenti seçildi

93022

Azərbaycan Alpinizm Federasiyasının ümumi yığıncağı keçirilib.

Bizim.Media xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb. 

Sonra federasiyasının rəhbərliyinə seçki keçirilib. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev federasiyanın prezidenti seçilib. 
Yığıncaqda həmçinin Səyyarə Məmmədova federasiyanın vitse-prezidenti, Dilarə Cəfərova, Rinat Rəhimxanov və Abuzər Ağazdə İdarə Heyətinə üzv seçiliblər.

Yığıncaqda Azərbaycan Alpinizm Federasiyasının prezidenti Muxtar Babayev çıxış edərək qurumun gələcək fəaliyyəti və qarşıdakı planları barədə danışıb. Qeyd edək ki, əvvəlki prezident Nizami Mursaqulov olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO