"Təqribən 10-11 il əvvəl müəllimlərin mərkəzləşdirilmiş sistem əsasında işə qəbuluna başlanılıb".
Bu gün müəllimlərin iş qəbulunda təqribən 60 min nəfər iştirak edirsə, bu, müsbət hal deməkdir. Son 10 ildə işə qəbul edilmiş müəllimlərin sertifikasiya nəticələri uğurlu olub. Bu müəllimlərin hamısı müəlllimlərin işə qəbulu müsabiqəsindən keçib.
Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin hesabat tədbirində söyləyib.
Qeyd edək ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev bu il ilk dəfə təşkil olunan təhsilverənlərin sertifikatlaşdırma prosesində yüksək nəticə göstərən müəllimlərə sertifikatlarını təqdim edəcək.
Bizim.Media