Rusiyanın məşhur azərbaycanlı müğənnisi Nəvai Bəkirov növbəti dəfə qazandığı pullardan söz açıb.
Bizim.Media xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkə hesabında izləyicilərlə apardığı “sual-cavab”da açıqlayıb.
İzləyicinin “Xoşbəxtlik yoxsa uğur?” sualına Nəvai “Xoşbəxtlik elə uğurun özüdür. Ən əsası xoşbəxtliyin sənin üçün hansı anlam daşıdığını aydın etməkdir. Kasıb olanda düşünürdüm ki, xoşbəxtlik pulda deyil. Amma varlı olduqdan sonra anladım ki, xoşbəxtlik pulun məbləğindədir”.
Növbəti paylaşımında isə lüks “Rolls Royce” avtomobilində gəzən N.Bəkirov sosial şəbəkələrdə trendə çevrilən “Şir hər zaman şirdir, mənim qardaşım” -mahnısını dinləyərək əylənib.
Rəşad Əliyev, Bizim.Media
