İƏT ölkələrindən Azərbaycana TƏŞƏKKÜR

İƏT ölkələrindən Azərbaycana TƏŞƏKKÜR

Hazırda oxunan: İƏT ölkələrindən Azərbaycana TƏŞƏKKÜR

92850

Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin gənclər və idman nazirlərinin V konfransı keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə İƏT-in dördüncü konfransının sədri qismində iştirak edən Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov görülmüş işlər barədə hesabat verib, eyni zamanda bütün üzv ölkələrə və qurumlara bu dövrdə təşkilatın fəliyyətinə göstərdiyi dəstəyə görə təşəkkür edib.

Nazir çıxışının sonunda konfransa sədrliyi Səudiyyə Ərəbistanı Krallığına təhvil verərək, bu ölkənin idman naziri, şahzadə Əbdüləziz bin Turki əl-Faysalı bu münasibətlə təbrik edib, təşkilatın yeni nailiyyətlər qazanacağına inandığını bildirib.

Tədbirdə çıxış edən ölkələrin nümayəndələri konfransa sədrlik etdiyi dörd il (Azərbaycanın sədrliyi pandemiya səbəbindən 2 il yox, 4 il davam edib) ərzində göstərdiyi fəallığa görə Azərbaycana təşəkkür ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO