“Açıq mikrofon” bu dəfə Göygöldə quruldu - FOTO

“Açıq mikrofon” bu dəfə Göygöldə quruldu - FOTO

Hazırda oxunan: “Açıq mikrofon” bu dəfə Göygöldə quruldu - FOTO

92840

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Göygöl şəhərində təşkil etdiyi “Açıq qapı” aksiyasında qeydə alınan müraciətlərin bir çoxu küçə qaz xəttinin çəkilməsi ilə bağlı olub.

Bizim.Media xəbər verir ki, Balçılı kənd sakini Ruzi Məmmədov, Nadil kənd sakini Kənan Qurbanzadə və şəhərin M.Ə.Sabir küçəsindən Pünhan Nəsibovla İlqar Hacıyev əvvəldə qeyd edilən müraciətlərlə çıxış ediblər.

Ağdağ qəsəbəsindən olan abonentlər - Sevinc Hüseynova və Nabat Hacıyeva fərdi yaşayış evinin qazlaşdırılması barədə istəklərini ünvanlayıblar.
Eyniadlı müraciətlə çıxış edənlərin diqqətinə çatdırılıb ki,  “Azəriqaz” İB-nin daxili resursları hesabına çəkilən küçə xətlərinə qoşulma prosesi sakinlərin vəsaiti hesabına, xüsusi lisenziyası olan podratçı şirkətlər tərəfindən həyata keçirilməlidir. 

Mənzillərin və ya fərdi yaşayış evlərinin qazlaşdırılması istisna hal kimi, şəhid ailələrinə və qazilərə şamil edilir.

 Aksiyada səsləndirilən digər müraciətlər də Birliyin Gəncə Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən qeydə alınaraq bəzilərinin yerindəcə baxılmasına dair tapşırıq verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO