Ulvira Qarayevanın maşını qarət olundu - FOTO  

Ulvira Qarayevanın maşını qarət olundu - FOTO  

Hazırda oxunan: Ulvira Qarayevanın maşını qarət olundu - FOTO  

92729

Teleaparıcı Ulvira Qarayevanın başına iş gəlib.  

Bizim.Media xəbər verir ki, Ulvira kimliyi bəlli olmayan şəxslər tərəfindən avtomobilinə hücüm olunduğu haqda sosial şəbəkə hesabında məlumat yayıb.  

Nəqliyyat vasitəsinin şüşəsini qıran soyğunçular aparıcının pulunu və kosmetik vasitələrini oğurlayıblar.  

U.Qarayeva hadisədən sonra avtomobilinin fotolarını paylaşaraq bu sözləri yazıb:  

“Səhər məhəllədə 3 maşının şüşəsini sındırıb içinə giriblər. Mənim maşınımdan bir qab qəpik, bir böyük çanta kosmetika və bir də hay-hayı getmiş qulaqcıq aparıblar. Polis çağırdıq.  
Abşeron RPİ-nin tədqiqatçısı hadisəni protokollaşdırdı, ərizəmizi aldı. İnanmıram oğru tapıla, məhəllədə kamera yoxdu, amma nə vaxtsa ələ keçsə, barmaq izləri ilə bu işdə də əlinin olduğu sübut olunar. Əsas məsələ - kosmetikanı neynirsən axı? Növbəti oğurluğa dodağını al qırmızı boyayıb, gedəcəksən?”  

Məsələ ilə bağlı U.Qarayeva ilə əlaqə saxladıq. Aparıcı bildirib ki, ona 300 manat ziyan deyib.

“Avtomobilimin yan şüşəsini sındırıblar. Onu düzəltmək üçün 100 manat ustaya pul verdim. 200 manat dəyərində isə kosmetik vasitələrim oğurlanıb. Hazırda bu hadisəni törədən şəxslərin tapılması istiqamətində polis tərəfindən axtarışlara başlanılıb”.  

Rəşad Əliyev, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO