500-ə yaxın müəllim

500-ə yaxın müəllim "anbar", "şənbə" və "pambıq" sözlərini yaza bilmir – Nazirdən İRAD

Hazırda oxunan: 500-ə yaxın müəllim "anbar", "şənbə" və "pambıq" sözlərini yaza bilmir – Nazirdən İRAD

92523

"25-28 yaşlı müəllimlərimizin hamısı sertifikasiyadan uğurla keçib".

Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışında deyib.

O bildirib ki, əsas problem 35-39 yaşdan başlayır.

“Düzdür hər bir yaşda səriştəli, bilikli müəllimlərimiz var. Məsələn, 61 yaşdan yuxarı olub və 51 baldan yuxarı toplayan 184 müəllimimiz var”.

Nazir qeyd edib ki, 469 müəllim sertifikasiyada "anbar", "şənbə" və "pambıq" sözləri verilmiş test tapşırığında sözün düzgün yazılışını tapa bilməyib.
Bu sertifikasiyada iştirak edənlərin 18 faizini təşkil edir. O vurğulayıb ki, bu tip hallar çoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO