Ülviyyədən boşanma iddialarına REAKSİYA: “Problemim varsa, siz niyə bezmisiniz?” - FOTO

Ülviyyədən boşanma iddialarına REAKSİYA: “Problemim varsa, siz niyə bezmisiniz?” - FOTO

Hazırda oxunan: Ülviyyədən boşanma iddialarına REAKSİYA: “Problemim varsa, siz niyə bezmisiniz?” - FOTO

92485

Məşhur aktyor cütlüyü - Ülviyyə Xəlilbəyli ilə Murad İsmayılın ayrıldığı ilə bağlı xəbərlər yayılıb.

Bizim.Media xəbər verir ki, bu iddianı ortalığa sosial şəbəkə əhli atıb. 

İzləyicilər Ülviyyənin “Instagram” hesabına “Muradla boşanmısınız?” kimi çoxsaylı sual ünvanlayıblar və “Bəllidir, artıq həyat yoldaşınızla probleminiz var” fikrini yazıblar. 

Saysız-hesabsız ayrılıq suallarından təngə gələn Xəlilbəyli sərt və ironiya dolu cavabları ilə diqqət çəkib.  

“Niyə ailənizin dağılması ilə bağlı açıqlama vermirsiniz?” sualına aktrisa “Problemim varsa, siz niyə bezmisiniz?” şərhini yazıb.  

Digər izləyicisinin “Bəlkə gündəmdə qalmaq üçün  həyat yoldaşınızla belə oyunlar qurmusuz?” sualına isə Xəlilbəyli “Startda dayanmısınız? İcazə verirəm yaxınlaşa bilərsiz” cavabını verib. 

Qeyd edək ki,  bir neçə gün əvvəl cütlük böyük oğulları Fuada iki yaşı olması münasibəti ilə doğum günü məclisi təşkil ediblər.

Ülviyyə Muradla oğlunun görüntülərini sosial şəbəkə hesabında paylaşıb. Aşiqlərin Rəsul adında daha bir oğlan övladı var. 

Rəşad Əliyev, Bizim.Media



















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO