Güləş üzrə millimizin dünya çempionatı üçün HEYƏTİ AÇIQLANDI

Güləş üzrə millimizin dünya çempionatı üçün HEYƏTİ AÇIQLANDI

Hazırda oxunan: Güləş üzrə millimizin dünya çempionatı üçün HEYƏTİ AÇIQLANDI

92394

Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının sentyabrın 10-da Serbiyanın paytaxtı Belqradda start götürəcək dünya çempionatı üçün heyəti açıqlanıb.

Bizim.Media Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, yarışda yığmamızın 9 üzvü gücünü sınayacaq.

Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), Arif Niftullayev (97 kq) və Sabah Şəriəti (130 kq) mübarizə aparacaq.

Olimpiya Güləş Mərkəzində idmançılarla görüş keçirilib. Federasiyanın İcraiyyə Komitəsinin üzvü Fərid Mansurov, baş katib Nəsimi Musayev, baş katibin müavini Orxan Məmmədov və Əməkdar bədən tərbiyəsi və idman xadimi Elçin Cəfərov güləşçilərə məsul yarışda uğurlar arzulayıb və tövsiyələrini çatdırıblar.
Qeyd edək ki, sentyabrın 9-da püşkatma mərasimi keçiriləcək. Növbəti gün E.Əzizli, Ü.Qənizadə və S.Süleymanov yarışa start verəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO