Bu rayonlarda qaz olmayacaq

Bu rayonlarda qaz olmayacaq

Hazırda oxunan: Bu rayonlarda qaz olmayacaq

92278

Sabah Azərbaycanın bəzi rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. 

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Azadkənd-İmişli” yüksək təzyiqli magistral qaz Kəmərinin korroziyaya uğramış hissəsinin dəyişdirilməsi, iki ədəd futlyarın quraşdırılması və kəmərin müvafiq hissəsində yaranmış qaz sızmasının ləğvi ilə bağlı sabah təmir işlərinin görülməsi planlaşdırılır.
Təmir işləri aparılan müddətdə saat 08:30-dan İmişli rayonunun (tam olaraq), Cəbrayıl rayonundan məcburi köçkün düşmüş sakinlərin Biləsuvar rayonu ərazisində kompakt yaşadığı 11 qəsəbənin, Saatlı rayonu üzrə Məzrəli kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO