“Tərtər işi”nə görə həbs edilən Rahib Məmmədov kimdir? – FOTO 

“Tərtər işi”nə görə həbs edilən Rahib Məmmədov kimdir? – FOTO 

Hazırda oxunan: “Tərtər işi”nə görə həbs edilən Rahib Məmmədov kimdir? – FOTO 

92164

"Tərtər işi” ilə bağlı həbs olunan Rahib Məmmədov haqqında bəzi detallar məlum olub.

Bizim.Media xəbər verir ki, Rahib Məmmədov həbs olunana qədər ədliyyə mayoru rütbəsində hərbi hüquqşünas kimi xidmət edib.

O, 1987-ci il aprelin 17-də Bakı şəhərində anadan olub. 1993-2004-cü il tarixlərində Bakı şəhəri, Nəsimi rayonu Saleh Poladi adına 159 saylı orta məktəbdə təhsil alıb. 2004-2008-ci il tarixlərində Odlar Yurdu Universitetində "Beynəlxalq Hüquq" ixtisası üzrə təhsilini davam etdirib.
 

MÖVZU İLƏ BAĞLI:

"Tərtər işi": İşgəncələr nəticəsində ölən şəxslərdən birinin meyiti ekshumasiya edilib


O, həmçinin Rahib Bəşər imzası ilə tanınan şairdir. Rahib Məmmədov Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” və “Azərbaycan Bayrağı” mükafatları laureatıdır. Onun "Həyat eşqi", "Sevgi Dünyam", "Zirvəyə doğru" adlı kitabları nəşr olunub.  

Xatırladaq ki, Rahib Məmmədov “Tərtər işi” ilə bağlı həbs olunub. O, Cinayət Məcəlləsinin 145.3, 293.2, 341.2.2 və 341.2.3-cü maddələri təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO