İrəvanda YENİ etirazlar: Bu dəfə sakinlər…

İrəvanda YENİ etirazlar: Bu dəfə sakinlər…

Hazırda oxunan: İrəvanda YENİ etirazlar: Bu dəfə sakinlər…

92121

Ermənistanda etiraz aksiyaları davam edir. İrəvanın Haqtanak mikrorayonunun sakinləri Argişti küçəsini bağlayaraq şəhər meri Qraçya Sarkisyanla görüş tələb ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ermənistan mətbuatı yayıb.

Məlumata görə, aksiyaya səbəb etirazçıların 1990-cı illərdə aldıqları torpaq sahələrinin özəlləşdirilməsi prosesindən narazı olmalarıdır. Belə ki, proses uzandığından sakinlər evlərini təmir etdirə, torpağı becərə bilmirlər. 
Aksiya iştirakçılarının sözlərinə görə, şəhər rəsmiləri problemi həll edəcəklərinə söz versələr də məsələ qapalı qalıb. 

“Biz mer ilə təcili görüş tələb edirik və vəziyyətimizi ona çatdırmaq istəyirik”. Aksiya iştirakçılarından biri  belə deyib.

Xatırladaq ki, etirazçıların qarşısına meriyanın rəsmisi çıxıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO