Coşqu, hərarət, dillər əzbəri hitlər – “Sea Breeze Disco Night”da YAŞANANLAR - FOTO/VİDEO

Coşqu, hərarət, dillər əzbəri hitlər – “Sea Breeze Disco Night”da YAŞANANLAR - FOTO/VİDEO

Hazırda oxunan: Coşqu, hərarət, dillər əzbəri hitlər – “Sea Breeze Disco Night”da YAŞANANLAR - FOTO/VİDEO

91882

Sentyabrın 2-də “Sea Breeze Resort”da açıq səma altında keçirilən “Sea Breeze Disco Night” festivalı hərarəti və möhtəşəmliyi ilə tamaşaçılara unudulmaz, çoşqu dolu anlar yaşadıb.

Bizim.Media xəbər verir ki, Bakı səhnəsində 80-ci illərdə şöhrət və populyarlıq zirvəsinə ucalan Avropanın ən parlaq ulduzları - Tomas Anders, “Pupo”, “Boney M”, “Arabesque”, “Joy” və “Secret Service” çıxış edib.

7-77-yə hər kəsin dilində əzbər olan hitləri və sevilən nəğmələrini arda-arda düzən sənətçilər izləyicilərə əsl musiqi ziyafəti veriblər. Canfəşanlıq və anşlaqla keçən gecədə 1970-ci illərin əvvəllərində yaranan rəqs musiqi janrı hesab olunan “diskoteka” günü bu gün də Azərbaycan dinləyicisi tərəfindən sevilir.
 

Açıq səma altında keçirilən “Sea Breeze Disco Night” festivalı tezliklə Rusiyanın məşhur musiqi telekanalları “Муз ТВ” və “Zhara TV”də Tural Əsədov və Leyla Quliyevanın aparıcılığı ilə nümayiş olunacaq. 

Azərbaycanda isə aparıcılar Rahib Azəri və İlahə Şıxlinskayanın təqdimatında möhtəşəm gecəni “İctimai” televiziyanın efirindən izləmək olacaq.

Rəşad Əliyev, Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO