“Azəriqaz” dan növbəti “Açıq mikrofon” - BU ƏRAZİLƏRDƏ

“Azəriqaz” dan növbəti “Açıq mikrofon” - BU ƏRAZİLƏRDƏ

Hazırda oxunan: “Azəriqaz” dan növbəti “Açıq mikrofon” - BU ƏRAZİLƏRDƏ

91838

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi növbəti həftə (05-09.09.2022 tarixləri) daha 5 şəhər və rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyaları keçiriləcək.

Bizim.Media “Azəriqaz"a verdiyi məlumata istinadən xəbər verir ki, aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Samux şəhərində (İcra nümayəndəliyi, Arif Nəbiyev 54), 2-ci günü saat 15:00-dan 16:00-dək Gəncə şəhərində (Füzuli Parkı), 3-cü günü saat 11:00-dan 12:00-dək Goranboy şəhərində (Gənclər Parkı), 4-cü günü saat 11:00-dan 12:00-dək Göygöl şəhərində (Heydər Əliyev Parkı), 5-ci günü saat 11:00-dan 12:00-dək Naftalan şəhərində (Nəriman Nərimanov Parkı) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO