Kommunist Rauf Qurbanov Qorbaçov haqqında - “O, qara ləkə kimi daima lənətlənəcək” 

Kommunist Rauf Qurbanov Qorbaçov haqqında - “O, qara ləkə kimi daima lənətlənəcək” 

Hazırda oxunan: Kommunist Rauf Qurbanov Qorbaçov haqqında - “O, qara ləkə kimi daima lənətlənəcək” 

91310

“Qorbaçov bütün dövrlər üçün tarixin ən ziddiyyətli şəxslərindən bir olub. Hələ indiyə kimi bəşər tarixində elə bir şəxs olmayıb ki, o özünün rəhbərlik etdiyi partiyaya və dövlətə xəyanət edib onu dağıtsın. Azərbaycan Kommunistlərinin belə bir insana, (əgər ona insan demək mümkündürsə) münasibəti necə ola bilər? Təbii ki, olduqca pis”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Rauf Qurbanov bildirib.

Onun sözlərinə görə, zaman keçdikcə və insanlar sosializm quruluşunun dəyərlərini elmi surətdə başa düşüb anladıqca Qorbaçovu daima lənətləyəcəklər:

“Gələcək nəsillər Qorbaçovu təkcə SSRİ-nin dağılmasına, Sov.İKP-nin siyasi səhnədən getməsinə görə yox, dünya kommunist və sol hərəkatına vurduğu zərbəyə görə bağışlamayacaqlar və nifrət edəcəklər.

Qorbaçovun hakimiyyətdə olduğu illərdə onun demokratiya pərdəsi arxasında bəşəriyyətə, insanlığa qarşı törətmiş olduğu cinayətlər - millətlər arasında saldığı ədavətlər, milyonlarla insanın öz ata-baba yurdlarından didərgin düşərək qaçqın həyatı yaşamaları gələcəkdə araşdırılıb öz layiqli qiymətini alacaq. Onun əli Azərbaycan xalqının da qanına bulaşıb”.

Rauf Qurbanov qeyd edib ki, Azərbaycan Kommunist Partiyası dəfələrlə Qorbaçovun Azərbaycan xalqın qarşı törətmiş olduğu cinayətlərə görə cavab verməsi üçün beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırıb və onun cəzalandırılmasını tələb edib: 

“Çox təəssüflər olsun ki, insan hüquqlarının müdafiəçiləri kimi özünü cəmiyyətə sırıyan bəzi qərb imperialist dövlətləri və beynəlxalq təşkilatlar bu günə kimi bizim tələblərimizə cavab verməyiblər. Lakin, nə qədər gec olsa da zaman özü Qorbaçovla əlaqədar son qərarını verdi, o dünyasını dəyişdi və tarixdə qara bir ləkə olaraq daima lənətlənəcək”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO