Oğlu ilə ad günü üst-üstə düşən Şəhriyar: “Dünyadan köçəndə çiyinlərində gedim” - VİDEO 

Oğlu ilə ad günü üst-üstə düşən Şəhriyar: “Dünyadan köçəndə çiyinlərində gedim” - VİDEO 

Hazırda oxunan: Oğlu ilə ad günü üst-üstə düşən Şəhriyar: “Dünyadan köçəndə çiyinlərində gedim” - VİDEO 

91119

“Oğlum, birdənəm, nəfəsim, yaşama səbəbim! Bu gün bizim ad günümüzdür. Sənin 4, mənim isə 43 yaşım olur”. 

Bizim.Media xəbər verir ki, bu sözləri aktyor Şəhriyar Əbilov sosial şəbəkə hesabında yazıb. 

O, Osmanın videosunu yayımlayaraq kövrək şərhi ilə diqqət çəkib.  

“Xoşbəxtsən deyə soruşsalar, deyərəm ki, “hə, xoşbəxtəm”. Çünki yanımda sən varsansa, dağları bölərəm, göyü yararam. Allah səni hər zaman gözdən, nəfsdən, şərdən qorusun. Öz nurlu kölgəsində saxlasın.

Vətənə, ailənə, cəmiyyətə faydalı, əqidəli, şəxsiyyət kimi yetişdirsin. Hər bir uğurunu görüm. Bu dünyadan köçəndə sənin çiyinlərində gedim. Amin. Ad günümüz mübarək, həyatımın mənası”- deyə Ş.Əbilov fikirlərini ifadə edib.  
Onların paylaşımına Şəhriyarın həyat yoldaşı aktrisa Oksana Rəsulova “Allah hər ikinizi saxlasın, Can sağlığı versin” sözlərini yazıb.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO