Türkiyədə meşələri yandırmaq istəyən terrorçu saxlanıldı

Türkiyədə meşələri yandırmaq istəyən terrorçu saxlanıldı

Hazırda oxunan: Türkiyədə meşələri yandırmaq istəyən terrorçu saxlanıldı

90834

Türkiyənin Antalya vilayətində PKK terror təşkilatının təlimatı ilə bölgədəki meşələri yandırmaq hazırlığında olan Ahmet K. adlı şəxs saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, bu şəxs nazirliyin PKK-KCK terror təşkilatının fəaliyyətinin aşkarlanması və qarşısının alınması istiqamətində aparılan araşdırma nəticəsində ələ keçirilib.

Türkiyənin Kayseri vilayətindən Antalyaya gələn terrorçunun üzərində sulfat turşusu və Antalyanın xəritəsi aşkarlanıb.

Polisə ifadə verən Ahmet K. Suriyada terror fəaliyyətlərində iştirak etdiyini və kod adı “Devran-Rojhat” olan terrorçudan Antalyada meşələrin yandırılması ilə bağlı təlimat aldığını etiraf edib.

O, bunun üçün müəyyən məbləğdə ödəniş də aldığını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO