MİQ üzrə müsahibə mərhələsinin nəticələri açıqlandı

MİQ üzrə müsahibə mərhələsinin nəticələri açıqlandı

Hazırda oxunan: MİQ üzrə müsahibə mərhələsinin nəticələri açıqlandı

90630

Avqustun 22-23-24-25 tarixlərində keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub.

Bizim.Media Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan dili, alman dili, tarix, rus dili və ədəbiyyatı, coğrafiya, fizika, kimya, informatika, musiqi, riyaziyyat, rus dili, ingilis dili, təsviri incəsənət, ibtidai sinif, texnologiya və fiziki tərbiyə fənləri üzrə müsahibə nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Müsahibələrdə 2218 nəfər uğur qazanıb.

Qeyd edək ki, müsahibələrdən uğur qazanan namizədlər 31 avqust saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etmədirlər.

Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək. Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur.
Çıxarışını təsdiq etməyən, müsahibə mərhələsində uğur qazandıqdan sonra tutduğu vakant yerdən imtina edən şəxslərin növbəti turlarda iştirakı təmin olunmayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO