Cinayət işi açılan müğənni Gülşen ÜZR İSTƏDİ

Cinayət işi açılan müğənni Gülşen ÜZR İSTƏDİ

Hazırda oxunan: Cinayət işi açılan müğənni Gülşen ÜZR İSTƏDİ

90464

Konsertlərinin birində söylədiyi, "İmam Hatipdə oxuyub, azğınlığı oradan gəlir" fikirlərinə görə barəsində cinayət işi açılan türkiyəli müğənni Gülşen Çolakoğlu üzr istəyib.

Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib.

"Uzun illər birlikdə çalışdığım həmkarlarımla iş mühitində etdiyim zarafat bədxahlara material verdi… Videodakı çıxışımdan narahat olan və inciyən hər kəsdən üzr istəyirəm", - deyə Gülşən bildirib.
Qeyd edək ki, Gülşen qalmaqallı sözləri həmin liseydə təhsil alan məzunları, eyni zamanda dindarları hiddətləndirib.

Bir sıra fəallar “Twitter”də müğənninin həbs olunması üçün #gulsentutuklansın həştəqi altında yüzlərlə paylaşımlar ediblər.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO