Azərbaycan və Qazaxıstan prezidentlərinin təkbətək görüşü oldu - FOTO/VİDEO

Azərbaycan və Qazaxıstan prezidentlərinin təkbətək görüşü oldu - FOTO/VİDEO

Hazırda oxunan: Azərbaycan və Qazaxıstan prezidentlərinin təkbətək görüşü oldu - FOTO/VİDEO

90179

Avqustun 24-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə təkbətək görüşü olub.

Bizim.Media xəbər verir ki, İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin səfərinin çox uğurlu keçəcəyini bildirib.

Dövlət başçısı bildirib ki, Qazaxıstan-Azərbaycan dostluq, qardaşlıq münasibətləri yeni yüksək pilləyə qalxacaq:

“Sizin səfərinizə çox böyük önəm veririk. Əminəm ki, səfərin çox gözəl nəticələri olacaq”.

Kasım-Jomart Tokayev göstərilən qonaqpərvərliyə görə Azərbaycan liderinə təşəkkürünü bildirib:

“Qazaxıstanın Prezidenti kimi Sizin ölkənizə ilk dəfə rəsmi səfərə gəlməyimə şadam. Əlbəttə, bugünkü səfər mənim üçün xüsusi əhəmiyyət kəsb edir. Bugünkü danışıqların yekunlarına əsasən bir sıra sənədlər imzalanacaq. Əminəm ki, həmin sənədlər ikitərəfli əməkdaşlığı, Qazaxıstan-Azərbaycan münasibətlərini yeni səviyyəyə çatdıracaq”.

Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO