Qusarda İLK - İdman festivalı keçiriləcək - ÖZƏL   

Qusarda İLK - İdman festivalı keçiriləcək - ÖZƏL   

Hazırda oxunan: Qusarda İLK - İdman festivalı keçiriləcək - ÖZƏL   

90168

Sentyab ayının 20-də Qusarda idman festivalı keçiriləcək. Burada rayonda fəaliyyət göstərən bütün idman növlərinin sərgisi olacaq, idmançılar öz bacarıqlarını nümayiş etdirəcəklər.  

Bu barədə Bizim.Media-ya Qusar İH başçısının müavini Elman Mustafayev açıqlama verib.  

O bildirib ki, Qusar əsilli məşhur idmançılar festivala dəvət olunacaqlar.  

İcra Hakimiyyəti rəsmisi onu da açıqlayıb ki, adı idman festivalı olsa da, burada Qusarın turizm obyektləri, emal müəssisələrinin məhsulları, müxtəlif kənd təsərrüfatı malları, Azərbaycan və ləzgi mətbəxinin gözəl təam və çərəzləri nümayişə olunacaq.  

Hazırda rayonda ilk dəfə keçiriləcək idman festivalına geniş hazırlıq işləri görülür.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO