Rusiyada meşə yanğınları davam edir

Rusiyada meşə yanğınları davam edir

Hazırda oxunan: Rusiyada meşə yanğınları davam edir

89914

Azərbaycanın şimal qonşusu Rusiyada meşə yanğınları davam edir.

Bizim.Media xəbər verir ki, meşələrin yanğından mühafizəsi ilə məşğul olan “Avialesooxrana” müəssisəsinin məlumatına görə, Rusiyanın 26 regionunda yanğınla mübarizə davam etdirilir, 105 min 810 hektar sahədə 92 yanğın mənbəyi qalmaqdadır.

Müəssisənin mütəxəssisləri yanğınların, ilk növbədə insan faktoru ilə bağlı olduğunu qeyd ediblər.

Ryazan vilayətində də meşə yanğınları davam edir. Vilayətə səfər edən Moskva meri Sergey Sobyanin vəziyyətin son dərəcə mürəkkəb olduğunu bildirib. Onun sözlərinə görə, hazırda Ryazanda alovla mübarizəyə 8 mindən çox adam cəlb olunub.
Qeyd edək ki, Ryazan vilayəti ilə Moskva arasında məsafə 200 kilometr artıq olsa da, meşə yanğınlarından əmələ gələn tüstü və yanıq qoxusu Rusiya paytaxtında da hiss olunur. (AzərTac)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO