Şimaldakı yanğınla bağlı SON VƏZİYYƏT – RƏSMİ  

Şimaldakı yanğınla bağlı SON VƏZİYYƏT – RƏSMİ  

Hazırda oxunan: Şimaldakı yanğınla bağlı SON VƏZİYYƏT – RƏSMİ  

89525

Hazırda Siyəzən rayonunda yanğın davam edir.  

Rayon İcra hakimiyyətindən Bizim.Media-ya verilən məlumata görə, dağlıq Yuxarı Ələz istiqamətində kol-kos və meşə ərazisi yanır. 

Yanğın nəticəsində Siyəzən rayonunda 30 hektar meşə və kolluq ərazi yanıb. Yanğının kəndlərə keçməsinin qarşısı alınıb. FHN-nin bir helikopteri və 8 yanğınsöndürən avtomobili ərazidə işləyir.  

Quba və Şabranda isə bu gün tüstülənmə ocaqlarının tam söndürülməsi işləri aparılır. Qubada Gədikqışlaq və Şabranda isə Çuxurəzəmi kəndlərində tüstülənmə ocaqları qalıb.

Ümumiyyətlə, bölgədə FHN-nin yanğınsöndürmə texnikaları və 3 helikopteri vəziyyətə tam nəzarət edir.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO