Premyer Liqa: Bu gün turun mərkəzi oyunu keçiriləcək

Premyer Liqa: Bu gün turun mərkəzi oyunu keçiriləcək

Hazırda oxunan: Premyer Liqa: Bu gün turun mərkəzi oyunu keçiriləcək

89509

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçiriləcək. 

Bizim.Media xəbər verir ki, günün yeganə matçı "Bank Respublika Arena"da baş tutacaq.  

Mərkəzi qarşılaşmada "Sabah" "Neftçi"ni sınağa çəkəcək. 6 xala malik komandalar turnir cədvəlində 1-2-ci yerləri bölüşdürürlər.

Paytaxt təmsilçiləri bunadək ölkə çempionatında 15 dəfə üz-üzə gəliblər. "Sabah" bu matçlarda cəmi 1 qələbə qazanıb. "Neftçi" isə 12 oyunda rəqibindən üstün olub.  

2 görüşdə qalib müəyyənləşməyib. "Ağ-qaralar"ın 28 qoluna Murad Musayevin rəhbərlik etdiyi kollektiv cəmi 8 topla cavab verib. 

“Neftçi” bütün oyunlarda qol vurub. “Sabah” evdə qələbə qazanmayıb. 

Azərbaycan Premyer Liqası 

III tur 

20 avqust 

20:30. "Sabah" – "Neftçi" 

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Tural Qurbanov 

Hakim-inspektor: Zöhrab Qədiyev 

"Bank Respublika Arena". 

Qeyd edək ki, turun açılış matçında "Şamaxı" evdə "Səbail"lə 1:1 hesablı heç-heçə edib. Avqustun 21-də "Kəpəz" "Qəbələ" ilə, "Zirə" "Sumqayıt"la qarşılaşacaq. "Turan Tovuz" - "Qarabağ" matçı isə "köhlən atlar"ın Çexiyada "Viktoriya" (Plzen) komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununa daha yaxşı hazırlaşa bilməsi səbəbindən təxirə salınıb. Bakıdakı ilk qarşılaşmada hesab açılmayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO