Bakıda AĞIR QƏZA - Yük maşını minik avtomobilinə çırpıldı

Bakıda AĞIR QƏZA - Yük maşını minik avtomobilinə çırpıldı

Hazırda oxunan: Bakıda AĞIR QƏZA - Yük maşını minik avtomobilinə çırpıldı

89346

Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib. 

Bizim.Media xəbər verir ki, hadisə Bakı-Sumqayıt şossesinin Beynəlxalq Avtovağzal ərazisinə düşən hissəsində qeydə alınıb. 

“Mercedes” markalı yük maşınının sürücüsü, avtomobil nasaz olduğu üçün tunelin girişində nəqliyyat vasitəsini saxlayıb.  

Apa.az-ın məlumatına görə, bu zaman yüksək sürətlə idarə olunan “Hyundai” markalı minik maşını yük avtomobilinə çırpılıb. Zərbənin təsirindən yük maşını tunelin beton divarına dəyib. 
Qəza nəticəsində “Hyundai”ın sürücüsü ağır xəsarət alıb. Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO