Eldar Mansurov Firəngiz Rəhimbəyova ilə 34 illik ARXİVİNİ YAYDI - VİDEO

Eldar Mansurov Firəngiz Rəhimbəyova ilə 34 illik ARXİVİNİ YAYDI - VİDEO

Hazırda oxunan: Eldar Mansurov Firəngiz Rəhimbəyova ilə 34 illik ARXİVİNİ YAYDI - VİDEO

89068

Xalq artisti Eldar Mansurov ötən gün dünyasını dəyişən aktrisa-müğənni Firəngiz Rəhimbəyova ilə bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, sənətkar 34 il əvvəl yeni il ərəfəsində evində qonaq etdiyi müğənninin arxiv videosunu sosial şəbəkə hesabında yayımlayıb.

Həmin görüntülərə isə E.Mansurov “Bir qədər əvvəl çox kədərli bir xəbər eşitdim, uzun illər ailəvi dostluq etdiyim Firəngiz Rəhimbəyova dünyasını dəyişib bizdən ayrıldı. Heyif, çox heyif… Allah rəhmət eləsin” şərhini yazıb.
Qeyd edək ki, “Bəxt üzüyü” filmində Sevda obrazı ilə tanınan F.Rəhimbəyova ilk həyat yoldaşından boşandıqdan sonra 1993-cü ildən qızı Raisa ilə birlikdə ABŞ-ın Los-Anceles şəhərinə köçüb.

Sənətçi 1999-cu ildə orada amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurub. F.Rəhimbəyova infarktdan dünyasını dəyişib. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO