Çempionlar Liqası: Püşkatmanın vaxtı müəyyənləşdi

Çempionlar Liqası: Püşkatmanın vaxtı müəyyənləşdi

Hazırda oxunan: Çempionlar Liqası: Püşkatmanın vaxtı müəyyənləşdi

88994

Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin püşkatma tarixi bəlli olub.

Bizim Media-nın məlumatına görə, tədbir avqustun 25-də Türkiyənin İstanbul şəhərində baş tutacaq və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ” Çexiya “Viktoriya”sını (Plzen) bu gün Bakıda qəbul edəcək. Tərəflər arasında cavab görüşü isə 1 həftə sonra Plzendə oynanılacaq.

Təmsilçimiz “Viktoriya” səddini aşacağı təqdirdə püşkatmada 4-cü səbətdə yer alacaq.

1-ci səbət: “Real”, “Ayntraxt”, “Mançester Siti”, “Milan”, “Bavariya”, PSJ, “Porto”, “Ayaks”

2-ci səbət: “Liverpul”, “Çelsi”, “Barselona”, “Yuventus”, “Atletiko”, “Sevilya”, “Leyptsiq”, “Tottenhem”

3-cü səbət: “Borussiya”, “Şaxtyor”, “İnter”, “Napoli”, “Zalsburq”, “Sportinq”, “Bayer Leverkuzen”

4-cü səbət: “Brügge”, “Seltik” və pley-offun qalibləri.


Zakir Abbas, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO