''Samsung''un rəhbəri rüşvətə görə həbs edildi

''Samsung''un rəhbəri rüşvətə görə həbs edildi

Hazırda oxunan: ''Samsung''un rəhbəri rüşvətə görə həbs edildi

8854

“Samsung Electronics”in vitse-prezidenti, “Samsung Group”un əsas varisi və konqlomeratın faktiki rəhbəri Li Ce Yon rüşvət verdiyinə görə 2 il 6 ay müddətinə həbs cəzası alıb.

Bizim.Media-nın xarici KİV-ə əsasən məlumatına görə, bu barədə Seul Ali Məhkəməsinin qərar verib.

Li Cen Yon məhkəmə salonunda nəzarətə alınıb. O, qeyri-qanuni səhm fırıldaqlarında və korporativ birləşmələrdə ittiham edilib.

Bildirilib ki, o “Samsung” törəmə şirkətlərinin birləşməsi üçün dövlət dəstəyi müqabilində keçmiş prezident Pak Kın Henin yaxın dostuna 8.9 milyard von (təqribən 8 milyon dollar) rüşvət verib.

Qeyd edək ki, Cənubi Koreyanın keçmiş Prezidenti 2017-ci ildə rüşvət, vəzifədən sui-istifadə və konqlomeratlarla əlaqələrinə görə impiçment olunaraq vəzifəsindən kənralaşdırılıb və 10 il müddətinə həbs cəzasına məhkum edilib.

O zaman Li Ce Yon da 5 il həbs cəzasına məhkum edilib, lakin 2018-ci ilin fevralında məhkəmənin apellyasiya şikayətinə baxması ilə sübut olunmuş rüşvətin miqdarı azaldılaraq, 5 illik həbs cəzası şərti cəza ilə əvəz edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO