Azərbaycanda evlərin qiyməti BAHALAŞIB - RƏQƏMLƏR 

Azərbaycanda evlərin qiyməti BAHALAŞIB - RƏQƏMLƏR 

Hazırda oxunan: Azərbaycanda evlərin qiyməti BAHALAŞIB - RƏQƏMLƏR 

88123

Daşınmaz əmlak bazarındakı qiymətlər ay ərzində 2,74 faiz artıb. 

Bu barədə Bizim.Media-ya açıqlamasında "MBA" konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, əmlak eksperti Nüsrət İbrahimli bildirib.

Onun sözlərinə görə təkrar mənzil bazarında ay ərzində 1,77 faiz azalma var, ötən ilin eyni dövrü ilə müqayisədə 5, 01 faiz azalma var.

İlkin mənzil bazarında ay ərzində 5,35 faiz azalma, il ərizndə 8, 64 fazi artım var. Fərdi yaşayış və bağ evlərində ay ərzində 3, 85 fazi artım  var, il ərzində 2,72 faiz azalma var. Kommersiya obyektlərində ay ərizndə 2,41 faiz artım var, il ərzində 1,82 faiz artım var. Torpaq bazarında ay ərzində 12,6 faiz artım, il ərzində isə 1,16 faiz artım var. 

Ekspert kirayə mənzil bazarındakı vəziyyəti də açıqlayıb. O, qeyd edib ki, ay ərzində 3,65 faiz, il ərzində isə 2,23 faiz azalma var. Fərdi yaşayış və bağ evlərinin kirayəsində ay ərzində 8,74 faiz artım, il ərzində 16,55 faiz artım var.

Obyektlərin icarəsi bazarında ay ərzində 1,17 faiz azalma, il ərzində 1,76 faiz azalma var. Tikinti materailları bazarında isə ay ərzində 0,2 fazi artım var, il əzrində 15,37 faiz artım var. 

Nüsrət İbrahimli əlavə edib ki, ötən illə müqayisədə alıcılıq qabiliyyəti bir qədər aşağı düşsə də stabillik müşahidə olunur. Ümumilikdə pandemiya başlayandan həyət evlərinə maraq artıb.  

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO