Xəzər rayonu, Mərdəkan-Buzovna yolu üzərində yerləşən ərazidə başlayan yanğınla bağlı təfərrüat bəlli olub.
Bizim.Media FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, yanğına səbəb ərazidəki quru ot sahəsinin alışması olub.
Yanğın FHN-in yanğından mühafizə qüvvələri tərəfindən söndürülüb. Faktla bağlı araşdırma aparılır.
*** 15.29
Bakıda yanğın başlayıb.
Bizim.Media xəbər verir ki, Mərkədan-Buzovna yolu üzərində yerləşən ərazidə başlayan yanğının görüntüləri sosial şəbəkədə yayılıb.
Yanğının hansı səbəbdən baş verməsi ilə bağlı ilkin məlumat yoxdur.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media