Nömrəsiz maşın sürənlər məsuliyyətə cəlb olundu - FOTO

Nömrəsiz maşın sürənlər məsuliyyətə cəlb olundu - FOTO

Hazırda oxunan: Nömrəsiz maşın sürənlər məsuliyyətə cəlb olundu - FOTO

88019

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən dövlət nömrə nişanı olmadan avtomobil idarə edən sürücülərin müəyyən olunması istiqamətində nəzarət tədbirləri keçirilib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, rayon ərazisində keçirilən tədbirlər zamanı üzərində dövlət nömrə nişanı olmadan hərəkətdə olan nəqliyyat vasitələri saxlanılıb. 

Törətdikləri qayda pozuntularına görə məsuliyyətdən yayınmağa çalışan həmin sürücülərlə profilaktik söhbətlər aparılıb və qanunvericiliyin tələbləri onlara izah edilib. 

Barələrində müvafiq tədbirlər görülməklə inzibati məsuliyyətə cəlb olunublar.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO