Paytaxtda 2 nəfəri qəddarlıqla öldürənlərin işi icraata verildi

Paytaxtda 2 nəfəri qəddarlıqla öldürənlərin işi icraata verildi

Hazırda oxunan: Paytaxtda 2 nəfəri qəddarlıqla öldürənlərin işi icraata verildi

88001

Bakının Yasamal rayonunda 18 il əvvəl qətl törətməkdə təqsirli bilinən Teymur Məmmədov, Fərid Məmmədli və Anar Ağalarovun cinayət işi hakim icraatına verilib.  

Bizim.Media xəbər verir ki, cinayət işi araşdırılmaq üçün Bakı Ağır  Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun icraatına verilib.  

Məhkəmənin hazırlıq iclasının vaxtı məlum deyil.  

İttihama görə, 18 il əvvəl Yasamal rayon sakinləri 1947-ci il təvəllüdlü Rəhilə Cəlilova və nəvəsi 1989-cu il təvəllüdlü Aygün Əzizova birgə yaşadıqları mənzildə öldürülüblər.  

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Anar Ağalarovun mərhum xalası oğlu Teymur Məmmədov və sonuncunun qardaşı Fərid Məmmədli ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Rəhilə Cəlilovanın xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə ona məxsus mənzilə qanunsuz olaraq girib, bıçaqla çoxsaylı xəsarətlər yetirərək Rəhilə Cəlilova və Aygün Əzizovanı qəsdən öldürməsi müəyyən edilib.  
Daha sonra isə onlar mənzildə olan 600 ABŞ dolları məbləğində pulu götürərək ələ keçiriblər. 

İstintaq orqanı tərəfindən Fərid Məmmədli və Anar Ağalarovun barəsində Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.6 (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə adam öldürmə) və digər maddələri ilə ittiham elan edilib. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO