Makqreqordan arvadına İbizada unudulmaz doğum günü SÜRPRİZİ - FOTO 

Makqreqordan arvadına İbizada unudulmaz doğum günü SÜRPRİZİ - FOTO 

Hazırda oxunan: Makqreqordan arvadına İbizada unudulmaz doğum günü SÜRPRİZİ - FOTO 

87903

Keçən ay 34 yaşını qeyd edən “UFC” ulduzu Konor Makqreqor İbizada arvadına unudulmaz doğum günü “parti”si keçirib. 

Bizim.Media xəbər verir ki, Makqreqor məclisdə nişanlısı Di Devlinlə çəkdirdiyi fotolarını sosial şəbəkə hesabında paylaşıb. 

İdmançı dağlarda əsl romantik şam yeməyi hazırlayıb. O, məkanı şarlar, şamlar və qızılgül ləçəkləri ilə bəzədib, həmçinin Diyə dəbdəbəli dizayner buketi hədiyyə edib.

Əlbəttə ki, bir neçə mərtəbəli tort və şampan doğum günü gecəsinin ayrılmaz təamı olub. 

Qeyd edək ki, Konor Makqreqor və Di Devlin 2008-ci ildən birlikdədirlər. Cütlük 13 illik görüşdən sonra keçən il nişanlanıb. Aşiqlərin üç övladı, 5 yaşlı Konor, 3 yaşlı Kroya və 14 aylıq Rayan adlı oğlan övladları var. 

Rəşad Əliyev, Bizim.Media

























© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO