Türkiyədə Rusiya gəmisi batıb – 11 nəfər axtarılır

Türkiyədə Rusiya gəmisi batıb – 11 nəfər axtarılır

Hazırda oxunan: Türkiyədə Rusiya gəmisi batıb – 11 nəfər axtarılır

8766

Türkiyədə Rusiyanın yük gəmisi batıb.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Bartın vilayətinin valisi bildirib.

Vali Sinan Günerin sözlərinə görə, Qaradənizin Bartındakı İnkumu rayonu  sahilinə çatmaqda olan Rusiya bayrağı altında üzən yük gəmisi batıb.

Pis hava şəraiti və dənizdə müşahidə olunan dalğalar gəminin mənzilbaşına çatmasını çətinləşdirib. 

İlkin məlumatlara görə, 15 nəfərə yaxın ekipaj üzvü batıb. Onların xilas edilməsi üçün müvafiq işlərə başlanıb. Hələlik 4 nəfər xilas edilib. 11 nəfərin isə axtarışları davam edir. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO