Angela Merkel sentyabr seçkilərində baş nazir vəzifəsindən gedəcək.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, hakimiyyətdə böyük tərəfdaş olan Xristian Demokrat Birliyi bu posta ötən gün yeni liderini, təşkilatın sədr müavini Armin Laşeti seçib.
MÖVZU İLƏ BAĞLI:
Merkel: “Önümüzdəki həftələr Almaniya üçün çətin olacaq”
Merkelin xələfi Laşetin baş nazir vəzifəsinə namizəd olub-olmaması hələki bəlli deyil. Almaniya və Avropada gözlər Xristian Demokrat Birliyinin dünənki qurultayına yönəlib.
Onlayn formada keçirilən qurultayda 3 namizəd yarışıb. Namizədlərdən Armin Laşetin şansı daha çox olub.
Alçina Amilqızı,Bizim.Media