Paytaxtda Almaniya səfirliyinin rəsmisi qəzaya düşdü

Paytaxtda Almaniya səfirliyinin rəsmisi qəzaya düşdü

Hazırda oxunan: Paytaxtda Almaniya səfirliyinin rəsmisi qəzaya düşdü

87473

Bakıda səfirlik avtomobili qəzaya düşüb. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Nəsimi rayonu Rəsul Rza küçəsində Almaniya səfirliyində 1-ci katib vəzifəsində çalışan Rinke Thomasın idarə etdiyi “Mitsubishi” markalı 007 D 015 dövlət qeydiyyat nişanlı avtomobillə paytaxt sakini Təranə Məmmədovanın sürdüyü “KİA” toqquşub.

Nəticədə hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib, xoşbəxtlikdən ağır xəsarət alan olmayıb. 

İlkin araşdırmalar zamanı hadisənin T.Məmmədovanın “yol ver” nişanının tələbinə əməl etməməsi səbəbindən baş verməsi məlum olub. 

Araşdırmalar davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO