Koronavirus peyvəndindən Almaniyada 10, Norveçdə 23 nəfər ölüb

Koronavirus peyvəndindən Almaniyada 10, Norveçdə 23 nəfər ölüb

Hazırda oxunan: Koronavirus peyvəndindən Almaniyada 10, Norveçdə 23 nəfər ölüb

8742

Almaniyada Pfizer və BioNTech şirkətləri tərəfindən hazırlanmış “Covid-19” peyvəndini istifadə edən 10 nəfərin öldüyü bildirilir. Səbəbi araşdırılan ölümlərin orta yaş statistikasının 79 ilə 93 arasında olduğu ifadə edilir.

Dünyada koronavirusla mübarizə çərçivəsində bir çox ölkədə peyvənd kampaniyaları davam edir.

Bizim.Media ''Business standart''a istinadən xəbər verir ki, bu çərçivədə Almaniyada vaksinasiya olunan 842 min insandan 10-u peyvənddən sonra ölüb. Almaniyanın Paul Ehrlich İnstitutu ölümlərin səbəbini araşdırmağa başlayıb.

İnstitutun Sağlamlıq məhsulları şöbəsinin müdiri Brigitte Keller-Stanislawski, həyatını itirənlərin hamısının yaşlı insanlar olduğunu, yaşlarının 79 ilə 93 yaş arasında dəyişdiyini və əvvəllər xəstəlik tarixçələri olduğunu qeyd edib.

Mütəxəssisin açıqlamasına görə, peyvəndlə ölüm arasındakı müddət bir neçə saat ilə 4 gün arasında dəyişir.

Xatırladaq ki, peyvəndin yan təsirlər bu günə qədər 51-i ağır olan 325 nəfərdə müşahidə edilmişdir. Keller-Stanislawski bu rəqəmlərin gözlənilən bir nəticə olduğunu bildirib.

Almaniya ilə yanaşı oxşar ölümlər ABŞ, Belçika və Portuqaliyada da müşahidə olunub.

ABŞ əczaçılıq şirkəti “Pfizer” tərəfindən “BioNTech” ilə ortaq şəkildə hazırlanan koronavirus peyvəndi ilə vaksinasiya olunmuş 23 nəfərin ölümündən sonra Norveç Xalq Sağlamlığı İnstitutundan risk xəbərdarlığı edilib.

Açıqlamada peyvəndin xəstəliyi olan 80 yaşdan yuxarı şəxslər üçün riskli olduğu ifadə edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO