Azərbaycan millisi Bakıda Türkiyə yığmasına məğlub oldu - FOTO

Azərbaycan millisi Bakıda Türkiyə yığmasına məğlub oldu - FOTO

Hazırda oxunan: Azərbaycan millisi Bakıda Türkiyə yığmasına məğlub oldu - FOTO

87346

Avqustun 6-da kişi voleybolçulardan ibarət Azərbaycan millisi “Avro-2023”ün təsnifat mərhələsində növbəti oyununu keçirib.

Bizim.Media xəbər verir ki, millimiz Bakıda Voleybol Mərkəzində Türkiyə yığmasını qəbul edib.

Oyun Türkiyə seçməsinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yığmamız “Avro-2023”ün təsnifat oyunlarında A qrupunda mübarizə aparır. Komandamızın rəqibləri Türkiyə və Danimarka milliləridir.

Millimiz növbəti oyununu avqustun 17-də İstanbulda Türkiyə yığmasına qarşı keçirəcək. Voleybolçularımız Bakıda təşkil olunan ilk oyunda Danimarka seçməsinə 1:3 hesabı ilə uduzublar.

Ümumilikdə təsnifat oyunlarında 26 komanda 7 qrupa bölünüb. Qrupun ən güclüləri və 5 ən yaxşı ikinci yerin sahibi final mərhələsində iştirak hüququ qazanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO