Tərtərin Suqovuşan qəsəbəsində yanğın olub – VİDEO  

Tərtərin Suqovuşan qəsəbəsində yanğın olub – VİDEO  

Hazırda oxunan: Tərtərin Suqovuşan qəsəbəsində yanğın olub – VİDEO  

87048

Tərtər rayonunun Suqovuşan qəsəbəsi ərazisində yanğın baş verib. 

Bizim.Media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinə daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının mina və partlamamış sursat təhlükəsi olan, quru ot və kol-kos ərazidə baş verdiyi məlum olub. Yanğın Nazirliyin qüvvələri tərəfindən operativ və təxirəsalınmaz tədbirlər sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. 
Yanğın nəticəsində quru ot və kol-kos sahəsi yanıb. Yanğının ətraf ərazilərə və avtomobil yollarına keçməsinin qarşısı alınıb. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO