Məhkəmə Maliyyə Nazirliyini 8000 manat CƏRİMƏ ETDİ   

Məhkəmə Maliyyə Nazirliyini 8000 manat CƏRİMƏ ETDİ   

Hazırda oxunan: Məhkəmə Maliyyə Nazirliyini 8000 manat CƏRİMƏ ETDİ   

86889

Koronavirus infeksiyası yaymaqda ittiham olunaraq həbs olunan Məmməd Ağayev və oğlu Elvin Ağayev məhkəmədə bəraət aldıqdan sonra Maliyyə Nazirliyinə qarşı mənəvi zərərlə bağlı iddia qaldırıblar.  

Bizim.Media xəbər verir ki, işə Nəsimi Rayon Məhkəməsində hakim Natavan Tağıyevanın sədrliyi ilə baxılıb.  

İddialar təmin edilib və məhkəmə Maliyyə Nazirliyindən 8 min manat məbləğində vəsaitin tutularaq zərərçəkmiş şəxslərə ödənilməsi haqqında qərar qəbul edib.  
Qeyd edək ki, hər iki şəxs təqsirsiz olduqları halda, mühakimə olunduqları üçün yerli məhkəməyə müraciət edərək təzminat almaq hüququndan istifadə ediblər.

Məhkəmə qərarı da bu əsasla qaldırılan iddianı təmin edib.   

Onlar təqsirsiz olduqları halda mühakimə olunublar və buna görə də təzminat almaq üçün yerli məhkəməyə müraciət ediblər. 

İttihama görə, hər iki şəxs COVİD-19-a yoluxmalarından şübhələnərək test veriblər. Onlar həmin gün testin cavabını alıb, virusa yoluxduqlarını bildikləri halda, Bakıya yola düşüblər.  

Bakıya gələrkən onlar mindikləri taksilərin sürücüləri və ünsiyyətdə olduqları başqa insanlar arasında xəstəliyin yayılması üçün real təhlükə yaradıblar.

Bununla da M.Ağayev və oğlu E.Ağayev Cinayət Məcəlləsinin 139-1.1 (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsilə ittiham edilərək məhkəmə önünə çıxarılıblar. 
Xətai rayon Məhkəməsinin qərarı ilə isə onlara bəraət verilib. 

Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə qərarı qüvvədə saxlayıb. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO