Bu ölkənin turistləri ölümdən döndü – Oteldə yanğın - FOTO

Bu ölkənin turistləri ölümdən döndü – Oteldə yanğın - FOTO

Hazırda oxunan: Bu ölkənin turistləri ölümdən döndü – Oteldə yanğın - FOTO

8678

Tanzaniyanın Zanzibar adasında rusiyalı turistlərin yaşadığı otel yanıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Baza Telegram kanalı yayıb.

Fövqəladə hadisə Pvani-Mçanqani şəhərində baş verib. 

Şahidlərin dediyinə görə, gecə saat üç radələrində otellə qonşu bina yanıb. Sonra palma yarpaqları vasitəsilə yanğın mehmanxananın damına keçib. 

27 dəqiqə ərzində bütün bunqalo və resepşinin binası tamamilə yanğına bürünüb. 

Rusiyalı turistlərdən biri hadisələrin necə baş verdiyini söyləyib: "Mən yanğını təsadüfən gördüm və hər kəsi oyandırdım".

"Bütün qonaqlar dərhal evakuasiya edilib, bir çoxları şəxsi əşyalarını götürə bilməyib. Heç kim zərər çəkməyib”.

Turistlərin başqa otellərə yerləşdirildiyi deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO